Baş nazir:”Rusiya-Türkiyə münasibətləri də normallaşır”

  • By admin
  • 27 İyun 2016 14:43

 

bineli

 

Rusiya-Türkiyə münasibətlərinin normallaşmsı istiqamətində çox yaxşı nəticələr var və bu istiqamətdə danışıqlar gedir. Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin Baş naziri Binəli Yıldırım Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində gedən danışıqlar barədə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Türk və Rus milləti iki ölkə arasındakı böhranın aradan qalxmasını istəyir. “İradə sahiblərinin də üzərində düşən vəzifə ondan ibarətdir ki, millətimizin, vətəndaşlarımızın bu gözləntilərini həyata keçirməkdir. Bu istiqamətdə çox yaxşı nəticələr var və yaxın zamanlarda bu bu barədə mövqeyimizi açıqlayacağıq”, -deyə baş nazir vurğuladı.