Baş prokurordan Ukraynada azərbaycanlının öldürülməsi ilə bağlı - AÇIQLAMA

  • By admin
  • 01 Oktyabr 2016 11:41
zakir 
“Ukraynanın Baş prokuroru orada yaşayan Azərbaycan icmasının sədri və digərlərini qəbul edəcək”.
 
Gununsesi.info xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov  deyib.
 Onun sözlərinə görə, məsələ ilə yaxından maraqlanırıq. “Artıq məsələ ilə bağlı həm müracitə olunub, həm də Ukrayna Baş prokuroru ilə aramızda telefon danışığı.   Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb. Məsələ ilə bağlı olaraq bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür”.
Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.
Gununsesi.info