Baş redaktor, ilahiyyatçı 3 il həbs olundu

  • Müəllif: admin
  • 03 İyul 2017 11:31

d20e1412acb3d5b091ab08b46779e657

Masallı dindarı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının redaktoru, ilahiyyatçı Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Qeyd edək ki, Sərdar Babayev fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.  Ona qarşı Cinayət Məcəlləsinin (CM) 168-1.3 maddəsi ilə ittiham irəli sürülüb.

Gununsesi.info