Baş redaktor: "Bu cür "xidmətlə" qısa müddətdə turistlərin ayağını kəsəcəyik burdan"

  • By admin
  • 03 Avqust 2016 09:52

89055

 

“Bizim iaşə obyektlərindıki xidmət problemi biabırçı həddədir. Bu gün “Dərya Fish” ərəb turistlərlə aşıb daşırdı və ürək ağrıdan mənzərələr var idi. Müştəri menyu istəyir, ofisiant “yoxdur” deyir”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist, “Kaspi” qəzetinin başredaktoru İlham Quliyev öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, turist sifariş verir, yarım saat gözləyir.

“Bir müştərini o qədər gözlətdilər ki, axırda gedib çörəyi özü gətirdi. Ən dəhşətlisi isə xidmət personalında ingilis və ərəb dilini bilən kimsənin olmaması idi. Bütün bunları görən ərəbin gələn il yenidən Bakıya gələcəyini gözləmək sadəlöhvlük olardı. Əlqərəz, şəhərdə ərəblərin sayının çox olmasına görə əhvalı pozulanlar çox narahat olmasınlar. Bu cür xidmətlə qısa müddətdə onların ayağını kəsəcəyik burdan…”-deyə, o, daha sonraqeyd edib.

Gununsesi.info