Bayden: “Tramp pandemiyaya təslim oldu”

  • By admin
  • 18 İyun 2020 11:54

“ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası qarşısında təslim oldu”.

Gununsesi.org bildirir ki, “Reuters”in məlumatına görə, bu sözləri ABŞ-da prezidentliyə demokrat namizəd Co Bayden deyib.

C.Bayden D.Trampın öz mənafeyi naminə seçkiqabağı mitinqləri bərpa etmək istəyini tənqid edib.

“Mitinqlərə qayıtmağa çox can atır, bu isə insanları risk altına salır”, – deyə C.Bayden qeyd edib.

Gununsesi.org