Baydendən ABŞ-ın Rusiya və Çindən idxal etdiyi məhsullarla bağlı təklif

  • By admin
  • 09 İyul 2020 09:07

ABŞ prezidentliyinə namizəd Co Bayden Çin və Rusiyadan idxal olunan məhsullara məhdudiyyətlər gətirilməsini təklif edib.

Gununsesi.org bildirir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, sözügedən ölkələr ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edirlər.

C.Bayden bildirib ki, kritik əhəmiyyətli infrastruktur və tədarükün müdafiəsi üçün mütləq Rusiya və Çin idxalından asılılıq aradan qaldırılmalıdır.

“ABŞ və müttəfiqləri Çin və Rusiya kimi ölkələrin kritik əhəmiyyətli məhsullarının tədarükündən asılı olmamalıdır”, – deyə C.Bayden bildirib.

Gununsesi.org