Peskov: Avropanın Ukrayna danışıqlarında iştirakı prosesi çətinləşdirə bilər

  • Müəllif: Orxan
  • 08 Sentyabr 2026 15:31

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib ki, Avropanın Ukrayna danışıqlarında iştirakı danışıqları yalnız çətinləşdirə bilər.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, Avropa Birliyi Ukraynadakı münaqişənin davam etməsi üçün hər şeyi edir.

“Əksinə, bu Avropa nümayəndələrinin iştirakı danışıqlar prosesini çətinləşdirə bilər. Amerikalılardan fərqli olaraq, avropalılar bu müharibənin bitməsinin qarşısını almaq üçün əllərindən gələni edirlər”, – deyə Peskov izah edib.

Maqsud

Gununsesi.info