Bayıl sürüşmə sahəsindəki SON VƏZİYYƏT

  • By admin
  • 12 Mart 2018 11:42
Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: “Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 4 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.
Gununsesi.info