Bazar günü şimşək çaxacaq, yağış yağacaq

  • By admin
  • 01 Oktyabr 2016 12:40

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüzəsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23,Bakıda gecə 14-16,gündüz 20-22dərəcə isti olacaq.Atmosfer təzyiqi 770mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə80-90, gündüz 60-70faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə oktyabrın 2-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25,dağlarda gecə 4-9,gündüz13-18dərəcə istiolacaq.

Gununsesi.info