Bazar günün hava proqnozu açıqlandı - BAKIDA YAĞIŞ, RAYONLARDA İSƏ QAR YAĞACAQ

  • By admin
  • 19 Noyabr 2016 12:50

hava

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Gununsesi.info