Bazar və marketlərdə yağın qiyməti kəskin BAHALAŞIB

  • By admin
  • 04 Sentyabr 2017 10:58

yaglar

Yağın qiyməti bahalaşıb. Gununsesi.info xəbər verir ki, qiymət artımı 1 manatla 4 manat arasındadır.

Satıcılar deyir ki, qiymət artandan sonra əksər insanlar ucuz yağ almağa çalışır. 1 həftə əvvəl 10 manata satılan yağ, indi 14 manatadır. Bazar və marketlərdə yağların qiyməti bahalaşıb.

Alıcıların da bildirdiyinə görə, son günlər bahalaşma ciddi şəkildə hiss olunur. İstənilən yağ çeşidində 1-4 manat bahalaşma var.

Satıcılar da qiymət artımını təsdiqləyir. Deyirlər ki, qiymət artandan sonra əksər insanlar ucuz yaz almağa çalışır. Ucuz yağlar isə tərkibinə görə bahalı olanlardan zəifdir.

Gununsesi.info