Bazarda güclü yanğın: 30 mağaza külə döndü

  • By admin
  • 12 Fevral 2022 11:56

Bu gün səhər saatlarında Tehranda bazarda güclü yanğın olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Yanğın nəticəsində minimum 30 mağazanın yararsız hala düşdüyü açıqlanıb. Xəsarət alanlar barədə isə hələlik hər hansı məlumatın olmadığı bildirilib.

Yanğının tam şəkildə söndürülmədiyi deyilir. Hadisə zamanı bir neçə partlayış qeydə alınıb.

Gununsesi.info