Berlindən Afinaya uçan təyyarə təcili eniş edib

  • By admin
  • 03 İyul 2020 22:14

Berlindən Afinaya uçan və İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilot kabinəsində baş vermiş yanğın səbəbindən Yunanıstanın Saloniki şəhərinə təcili eniş etməli olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Mülki Müdafiənin baş katibliyi məlumat yayıb.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Təyyarə “Makedoniya” aeroportuna enib. Bundan sonra dərhal bütün xilasetmə xidməti cəlb olunub, təyyarədə olan 157 sərnişin, 1 azyaşlı və 6 ekipaj üzvü təxliyə edilib.

 

 

 

Gununsesi.org