Beynəlxalq Bankının sədri vəzifəsindən azad olundu

  • By admin
  • 08 Dekabr 2016 16:00

beynelxalq

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Gununsesi.info  xəbər verir ki, bu barədə maliyyə dairələrindəki mənbə məlumat verib.

O bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.

Bu təyinata qədər isə E.Məmmədov “Kapital Bank”da (2009-cu ilin iyunundan) və “Azər Türk Bank”da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub.

Bankın İdarə Heyətinin sədri vəzifəsini Xalid Əhədov icra edəcək. O, 2016-cı il dekabrın 2-dən “Azər Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Gununsesi.info