Beynəlxalq Muğam Mərkəzində klassik musiqi axşamı olacaq

  • By admin
  • 21 Sentyabr 2016 09:48

muqam

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində klassik musiqilərdən ibarət konsert proqramı təşkil olunacaq.

Gununsesi.info xəbər verir ki, konsert Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

Gecədə İsrailin tanınmış violin ifaçısı Haqay Şham və pianino ifaçısı Yulya Qurviç çıxış edəcəklər.

Konsert çərçivəsində dünya bəstəkarlarının əsərlərindən ibarət skripka və fortepiano üçün yazılmış sonatalardan ibarət kompozisiyalar səsləndiriləcək.

Gununsesi.info