
Xəbər verdiyimiz kimi, müğənni Beyons və yeni doğulan körpələri artıq evə buraxılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı əri Cey Zi, əkizləri və 5 yaşlı qızı Blu Ayvi ilə Malibuda ayı 400 min dollara olan malikanəyə köçüblər.
Evin 10 yataq otağı, 14 hamamı, 7.5 metr uzunluqda hovuzu, 25 min kvadratmetrlik bağı var. Bağda gül bağçası və tennis stadionu yerləşir.
Qeyd edək ki, Beyons əkizləri iki həftə öncə dünyaya gətirib. Körpələr sarılıq xəstəliyi ilə doğulduqları üçün iki həftə idi ki, xəstəxanada ultrabənövşəyi şüalar altında saxlanılırdılar. Hazırda həm ana, həm də uşaqların vəziyyəti yaxşıdır.


Gununsesi.info











