Türk əsgəri Kiprdən çıxır? – Açıqlama

  • Müəllif: admin
  • 29 İyun 2017 19:40

movlud-cavushoglu

 

Sıfır əsgər, sıfır təminat qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kipr müzakirələri ilə bağlı açıqlamasında deyib.

“Koçiyasın açıqlaması bizi maraqlandırmaz. Türkiyə Silahlı Qüvvələrinin adada qalmağa davam edəcək. Yunan tərəfi istəyir ki, təhlükəsizlik təminatı olmasın və türk əsgəri də adadan çıxsın. Bir şeyi anlasınlar. Bu, onların xəyalıdır. Xəyaldan ayrılsınlar”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, İsveçrədə yunan və türk tərəfinin iştirakı ilə Kipr problemi müzakirə olunmaqdadır.