“Ölkəni paranoik idarə edir!” –

  • Müəllif: admin
  • 29 İyun 2017 19:17

a
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Koreya Xalq Dnmokratik Respublikasının (KXDR) nüvə proqramı üzrə kursunu dəyişmək üçün ona yalnız maksimal təzyiq göstərmək lazımdır, çünki bu ölkəni paranoik birisi idarə edir.
«KXDR-a nə qədər çox təzyiq göstərsək, o qədər yaxşı olar. Söhbət paranoik-liderdən gedir. O, fikirləşir ki, biz onu öldürməyə və ya rejimi dəyişməyə çalışırıq. O, öz xalqını «qaranlıq»da saxlayır, məcbur edir ki, xalq yalnız ona qulaq assın. Yadda saxlamaq lazımdır ki, o, nüvə proqramı üzərində işləyir» – deyə, Heyli bildirib.
BMT Təhlükəsizlik Şurasının sanksiyalarına baxmayaraq, KXDR ABŞ təhlükəsidən müdafiə olunmaq bəhanəsi altında raket sınaqlarını dayandırmır. Onun ballistik raketləri tez-tez sahildən cəmi 100 kilometr məsafədə Yaponiyanın istisnsız iqtisadi zonasına düşür. Sonuncu sınaq iyunun 9-da keçirilib…
KXDR-nın hazırkı lideri Kim Çen In daim qeyd edir ki, ölkəsi müstəqilliyini və nüvə dövləti statusunu qoruyacaq, çünki nüvə potensialının artırılması bu ölkənin ABŞ-dan qorunması üçün qaçılmaz amildir.

Gununsesi.info