Beyrutda daha bir güclü yanğın

  • By admin
  • 10 Sentyabr 2020 15:42

Livanın paytaxtı Beyrutda güclü yanğın baş verib.

Gununsesi.info-nun “TASS”a istinadən məlumatına görə, yanğın avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş eyni yerdə olub.

Yanğının səbəbi məlum deyil. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərilir. İşçilər təcili olaraq liman ərazisini tərk edirlər.

***

“Əl Arabiya” telekanalının məlumatına görə, yanğın dəniz limanının ərazisində yerləşən avtomobil təkərləri və yanacaq-sürtkü anbarında başlayıb.

Xatırladaq ki, avqustun 4-ü Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160 nəfər ölmüş, 5 mindən çox insan isə yaralanmışdı. Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirildiyini bildirmişdi

 

 

Gununsesi.info