“Microsoft” şirkətinin təsisçisi uşaqlarının texnologiyadan istifadəsini məhdudlaşdırdığını deyib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bu barədə Bill Qeyts Britaniyanın “Daily Mirror” qəzetinə bildirib.
O deyib ki, 14 yaşına qədər uşaqlarına mobil telefon sahibi olmağa icazə verməyib.
Bu arada uşaqları daha erkən telefon alan dostlarını misal çəkərək şikayətləniblər.
Dünyanın ən zəngin insanlarından olan Qeyts, evində cihazların istifadəsiylə bağlı sərt qaydaların olduğunu deyib.
Microsoft təsisçisinin 20, 17 və 14 yaşlarında üç uşağı var.
“Evdə yemək yeyərkən masada mobil telefonlara icazə vermirik”, – Bill Qeyts deyib.
Uşaqlarıyla yaxşı vaxt keçirmənin əhəmiyyəti barədə danışan Qeyts, səadət mənbəyinin sərvət deyil, xanımı Melinda olduğunu qeyd edib.
Apple şirkətinin qurucusu Steve Jobs-un Qeytsə bənzər yanaşması ilə tanındığı məlumdur.
“iPad istifadə etmədilər. Evdə uşaqlarımızın nə qədər texnologiya istifadə edəcəklərinə məhdudiyyət tətbiq edirik”, – Jobs, iPad-ın təqdimatından sonra jurnalistlərə demişldi.
Steve Jobsun bioqrafiyasını yazan Walter Isaacson deyir ki, “hər axşam Stevenin mətbəxdəki böyük masasında yemək yeyilərkən kitablar, tarix və bir çox mövzuya toxunulurdu. Kimsə iPad ya da kompüter istifadə etməzdi”.
Gununsesi.info