Binəli Yıldırım Azərbaycana gələcək

  • By admin
  • 25 Avqust 2016 17:00
binali
Bu barədə Gununsesi.info-ya SOCAR-dan daxil olan məlumatda bildirilir.
Türkiyə baş naziri Binəli Yıldırımn Azərbaycana səfəri cari ilin oktyabr ayında nəzərdə tutulur.
Bu gün SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar arasında  görüş olub. Görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib və bildirilib  ki, bu ilki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaqdır.
Qeyd edək ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan edib. “Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cumhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub. 
Təşkilat Komitəsi tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib. “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Gununsesi.info