Binəli Yıldırımdan Abdulla Gül açıqlaması - “Layihələri fiaskoya uğradı, əllərində qaldı”

  • By admin
  • 26 Aprel 2018 13:38

Türkiyə baş naziri İspaniya səfərində geri qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib.

Gununsesi.info xəbər verir ki, Yıldırım Abdulla Gülün seçkidə namizəd olması ehtimalı barədə suala belə cavab verib:

“Bu qədər fəaliyyətin arxasında bir mühəndislik layihəsi var. Layihə göründüyü kimi fiaskoya uğradı, əldə qaldı. Layihə uğursuzdur. Hər halda seçim açıqlanmasa da aparılan fəaliyyətlər bu qədər sürətlənməz, mütləq təsiri var. Təbii, Abdulla Gül bəyin adına qiymətləndirmə aparmağım səhv olar. Amma Abdulla Gül bəy də namizəd ola bilər, olmaya da bilər. Hal-hazırda məsələmiz bu deyil. Namizədlik məsələsində heç kəsə aman olun-olmayın, edin-etməyin deyəcək halımız yoxdur. Biz namizədimizi müəyyən etdik, proqramımızı hazırladıq, vətəndaşlarımızla qucaqlaşmağın həsrətindəyik”.

Binəli Yıldırım CHP-nin Gülün namizədliyini irəli sürüb-sürməyəcəyinə dair deyib ki, başqa partiyaların iş görməsi məsələsi üzərində dayanmaq çox vacib deyil. AKP seçkiyə ən yaxşı halda seçkiyə hazırlaşacaq.

Gununsesi.info