
Bu gün ölkə üzrə 2 yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 47 m2 sahədə, döşəməsi 2 m2 sahədə və zirzəmisinə yığılmış ev əşyaları 5 m2 sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












