Bir gündə 93 dəfə zəlzələ olub - AZƏRBAYCANDA

  • By admin
  • 02 Avqust 2016 13:00

zelzele

 

Azərbaycann ən aktiv zəlzələ bölgəsi Dağlıq Şirvan, Talış dağlar və Xəzərdir.

Gununsesi.info xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda ən aktiv zəlzəzlə bölgələri barədə məlumat verərkən deyib. Onun sözlərinə görə, ən aktiv zonalar Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.

Q.Yetirmişli deyib ki, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır. “ Bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib”- o, qeyd edib.

Avqustun 1-də İmişlidə baş verən zəlzələdən sonra ölkə ərazisində davam edən yeraltı təkanalara toxunan Q.Yetirmişli deyib ki, zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir: “Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada da güclü təkanlar baş verir”.

Gununsesi.info