İran prezidentinin Azərbaycana səfər hazırlığı müzakirə olundu

  • By admin
  • 02 Avqust 2016 12:57

irana

 

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə qonşu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda səfərdə olan iranlı nazir bu gün İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də, Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə, əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.

Gununsesi.info