Bir neçə məhkəmə hakimi vəzifəsindən uzaqlaşdırıldı

  • Müəllif: admin
  • 30 İyun 2017 12:24

millimeclis-2015_40

Bakı Apellyasiya Məhkəməsinin hakimlər korpusunda da dəyişikliklər edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki,  səlahiyyət müddəti bitən 11 hakimə yenidən etimad göstərilib.

5 hakimin vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə təyin edilib.  İki hakim də vəzifələrini dəyişdirməsi ilə əlaqədar ( Toğrul Əliyev, Vüqar Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Sumqayıt və Şirvan Apellyasiya Məhkəmələrində işləyən iki hakim isə Bakı Apellyasiya Məhkəməsinə təyin edilib.

Kamil Həmzəoğlu

Gununsesi.info