Birinci mikrorayondakı sosial obyektlərə baxış keçiriləcək - FHN

  • By admin
  • 15 Mart 2017 15:28

fhn

“Birinci mikrorayonda 1 travmatologiya dispanseri, 2 uşaq bağçası, 1200 nəfərlik 1 məktəb, 1 poliklinika, 1 uşaq yaradıcılıq mərkəzi var. Həmin sosial obyektlərə baxış keçiriləcək. Bu obyektlərin vəziyyəti qənaətbəxş olsa, onlar sökülməyəcək. Yox əgər, vəziyyətləri qənaətbəxş olmayacaqsa, onlar da söküləcək və yeniləri inşa olunacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirdiyi brifinqdə deyib.

E. Əsədov 1-ci mikrorayondakı ticarət və kommersiya məqsədləri üçün istifadə olunan qeyri-yaşayış sahələrinin də taleyinə aydınlıq gətirib.

O, qeyd edib ki, ticarət və kommersiya obyektlərinin kompensasiya məsələsi ərazidə tikinti aparacaq şirkətlər tərəfindən qarşılanacaq:

“Qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz obyektlərini birdəfəlik sata və yeni inşa olunacaq obyektlərə iddiaçı olmaya bilərlər”.

Gununsesi.inf0