“Birini də biz vuraq, səs çıxartmayın!” - ABŞ-DAN İRANA ŞOK CAVAB

  • By admin
  • 22 Sentyabr 2019 12:11
ABŞ bizə “Biz də bir nöqtəyə vuraq və siz buna səs çıxartmayın. İş bu şəkildə bağlansın” mesajı göndərib.
Gununsesi.org xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin komandanı general-mayor Əbdürrəhim Musəvi bildirib.
Musəvi ABŞ-ın sözügedən mesajına Tehranın bu şəkildə cavab verdiyini qeyd edib: “Əgər birini vursanız, 10-unu yeyərsiniz”.
Musəvi vurğulayıb ki, müharibəyə başlamaq ABŞ-ın əlindədir, ancaq savaşa son nöqtəni İran qoyacaq.
Qeyd edək ki, “Saudi Aramko”nun iki zavoduna edilən hücumla bağlı ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir.
Gununsesi.org