
Türkiyənin Hatay vilayətində bir-birlərinə bitişik əkiz körpə dünya gəlib.
Gununsesi.info “Anayurt” qəzetinə istinadən xəbər verir ki, Hatay vilayətinin Mərkəzi Dəfnə mahalında yaşayan 42 yaşlı Miyase və 42 yaşlı Fuat Çakırkayanın 4 il idi ki, uşaqları olmurdu.
Məlumata görə, onlara müalicədən sonra körpəyə sahib olacaqlarını öyrənincə çox seviniblər. Lakin doğuşa bir ay qalmış həkimlər Miyase və Fuat Çakırkayanın diqqətinə çatdırıblar ki, körpələr ombadan bir-birlərinə bitişik şəkildə dünyaya gələcəklər. Valideyinlər bu xəbərdən sonra çox pərişan olublar.
Xəstəxananın uşaq xəstəlikləri üzrə mütəxəssisi Dr. Rasim Kamacı əkizlərin bir-birlərinə bitişik şəkildə dünyaya gəlməsi halı milyonda bir dəfə rast gəlinən olduğunu açıqlayaraq bunları söyləyib: “İkisi də çox sağlamdır. İkisinin ümumi çəkisi 6 kilo 50 qramdır. Müayinə zamanı körpələrin ürək, ağciyər, bağırsaq, baş və əl-ayaq nahiyəsində hər hansı bir problemə rast gəlmədik”.
Anar
Gununsesi.info











