“Bizə ağır silahlar verin və biz Putinə və onun cinayətkar ordusuna elə zərbə vuraq ki”

  • By admin
  • 31 Mart 2022 17:28
“Putini yalnız Stalinqrad döyüşünə bərabər ağır hərbi məğlubiyyətə uğratmaqla dayandırmaq olar”

 “Putin ukraynalılara özünün alçaldılmasını bağışlamayacaq”

Amma bir çoxlarının istədiyi kimi buna sevinmək və sakitləşmək olmaz. Müharibə nəinki bitməyib, o, qaynar fazaya keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “QORDON” internet- nəşrindəki bloqunda Ukrayna Daxili İşlər Nazirinin sabiq müavini Anton Geraşşenko yazıb.

Sumıdan, Çerniqovdan, Kiyevdən qoşunlar dəmiryol platformalarına yüklənir və qüvvələri yenidən qruplaşdırmaq üçün Donetsklə Luqansk vilayətlərinə göndərilir.

Hücum üç tərəfdən planlaşdırılır. Slavyansk- Kramatorsku hədəfləməklə İzyum- Barvenkovo istiqamətində şiddətli döyüşlər gedir. Lidiçanskı mühasirəyə almaq üçün Severodonetsk- Popasnayaya hücum davam edir. Cənubdan, Mariupol tərəfdən artıq zərbə endirilməsinə hazırlıq görülür. Bundan başqa, düşmən öz ehtyatlarını Alçevsk, Staxanov, Pervomaysk və Makeyevka ilə Donetsk ətrafında toplayır.

Putin bizim birləşmiş qüvvələrimizi (qoy özünü illüziyalarla sakitləşdirsin, bu, baş verməməlidir!) əhatəyə almağı planlaşdırır. Bundan sonra Ukrayna rəhbərliyindən onun şərtlərinə uyğun qeyd- şərtsiz təslim olmağı tələb etməyə hazırlaşır.

Ultimatum qəbul edilmədiyi təqdirdə, -bu isə hamıya aydındır, – o, qoşunlarını yenidən Kiyevə istiqamətləndirəcək. İstisna deyil ki, bu dəfə bunu Lukaşenko ilə birgə edəcək.

Putini yalnız Hitler vermaxtının sonunun başlanğıcını qoyan Stalinqrad döyüşünə bərabər hərbi məğlubiyyətə məruz qoymaqla dayandırmaq mümkündür. O zaman biz özümüz hücuma keçib işğalçı ordunu Ukraynanın hüdudlarından kənara çıxarıb rədd edə bilərik.

Bunun üçün isə biz elə indi ABŞ və NATO ölkələrindən ən azı ağır silahları- artlilleriyanı, minaatanları, reaktiv sistemləri tələb etməliyik.

Ukrayna qanadlı və ballistik raketlərin daimi zərbələri altında öz ərazisində silah istehsalını həyata keçirə bilməz. Biz 100 faiz Qərbin silah- sursar tədarükündən asılıyıq.

Amma bunlar müdafiə olunmaq üçün çox azdır, hücum edib işğalçıları ərazimizdən qovub çıxarmaq üçün kifayət deyil.

Ağır silah- sursatların tədarükünün geçikməsi hər gün yüzlərlə ukraynalıların həyatına son qoya bilər.

İnanıram ki, Vaşinqtonda, Londonda, Berlində, Parisdə bunu yaxşı bilirlər.

Belə olan təqdirdə onlar bizə nədən daha çox silah vermir?

Əgər siz “Javelin”, NLAW və  “Stjnger” silahlarını bizə vermisiniz və biz bu silahlarla düşmənin zirehli texnikasını və aviasiyasını darmadağın edə biliriksə, artilleriya, minaatanlar, döyüş sursatı, yük maşınları və s. verilməsində nə problem var ki?

Mən NATO- nun səmanı bağlamasına inanmıram. Bu, Putinlə birbaşa toqquşma demək olardı, Qərb liderləri bundan çəkinirlər.

Əgər ABŞ və NATO ölkələri bizə kifayət qədər silah verməsələr, Ukrayna şiddətli və uzunmüddətli döyüşlərdə qan çanağına dönəcək.

Bizə ağır silahlar verin və biz Putini və onun cinayətkar ordusunu dayandıraq, ona elə zərbə vuraq ki, o, bundan sonra burnunu Avropaya soxmaq barədə heç düşünə bilməsin.

Ukraynaya yardım etməklə, siz özünüzü müdafiə edirsiniz!

Gununsesi.info