Biz buna nail olacağıq – Tramp

  • By admin
  • 25 Dekabr 2016 11:41

tramp

 

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.Gununsesi.info xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” – Tramp şənbə günü Tvitter səhifəsində belə yazıb. “Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, – deyə o əlavə edib.

 

Gununsesi.info