
Psixoterapevt Dəyanət Rzayev intihar etməsi cəmiyyətdə bir mənalı qarşılanmayıb. Millət vəkilləri, ziyalılar, hətta sıravi vətəndaşlar belə belə intihar hadisəsinə biganə qalmayıblar.
Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən bu hadisəyə sabiq millət vəkili, hazırda psixoloqluqla məşğul olan Gülər Əhmədova münasibət bildirib: “Dəyanət Rzayev yaxşı insan, gözəl psixoloq, savadlı və mərhəmətlı insan idi.Təmənnasız insan idi. Psixoloq cameəsi üçün agır itkidir. Maraqlı planları var idi. Hər kəsin psixoloqa ehtiyacı var , hətta psixoloqun da. Təəssüf ki, bəzən biz hər dərdə tək sinə gərə biləcəyimizi düşünürük. Amma unuduruq ki, hələ heç kim dərdlərə tək sinə gərə bilməyib. Təklik yalniz ALLAHA məxsusdur. ALLAH rəhmət etsin, günahlarını bagışlasın. Yerin cənnət olsun, GÖZƏL İNSAN! Biz hamımız günahkarıq, çünki həssas deyilik, ətrafımızda olanların dərdlərinə şərik ola bilmirik. Hər kəs özünü düşünür.Əgər hər gün bir insanın dərdinə şərik olsaq, dərdlər azalar, intiharlar azalar. Daş qəlbli insanları neylərdin, İlahi!”.
Qeyd edək ki, Psixoterapevt Dəyanət Rzayev intihar edib. Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
D.Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyiti aşkarlayıb.
D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.
O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.
D.Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Xatırladaq ki, D. Rzayev 1971-ci ildə anadan olub. O, ölkənin məhşur psixiterapevtlərindən hesab edilirdi.
Gülnaz Qənbərli
Gununsesi.info











