“Bizimkilərə fərqi yoxdur, benzinin litri 100 manata da qalxsa, maşın sürəcəklər!” - XEYRƏDDİN QOCA

  • By admin
  • 16 İyul 2017 21:08

xeyr

“Ramazan Nəsirov adlı tanımadığım bir “Facbook” dostum yazır ki, benzinin qalxması məsələsinə münasibətimi bildirim.Əvvəla, mənim münasibətim nəyi dəyişəcək? İkincisi, Aqil Abbas münasibət bildirdi, insanların çoxu onun ironiyasını başa düşmədi. Üçüncüsü, Aqilə saytda ən birinci rəyi mən yazmışam ki, o, öz ironiyasında haqlıdır. Niyə?”

Gununsesi.info-nun məlumatına görə, bunu sabiq konsul, tanınmış YAP-çılardan olan Xeyrəddin Qoca öz “Facebook” statusunda yazıb

“Bir əhvalatı xatırlamaqla bu suala cavab vermişəm. Sovet dövründə bir “Jiquli” sürücüsü maşına benzin vurmaq üçün 60 litrin pulunu verdi. Benzin dolduran ona dedi ki, “sənin maşının 40 litrlikdir, artıq benzini nə edəcəksən?” Sürücü ” özüm bilərəm, sən benzinini vur!”- dedi.

Sürücü “bakı” doldurandan sonra qalan benzinlə ətrafdakı gülləri suladı… Aqil bilir nə yazır… Mən də demək istəyirəm ki, bizimkilərə fərqi yoxdur, benzinin litri 100 manata da qalxsa, maşın sürəcəklər! Benzinin qiymətini qaldırmaq kimi “gözəl” işi görənlər də bunu yaxşı bilirlər… Amma mənim benzinin qiymətinin qalxmasını “əsaslandırmağa” çalışanlara sözüm var: “Özünüzü rüsvay etməyin!”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info