BMT məruzəçisi Azər Tağıyevə niyə şübhə edir? - Mişel Forst kollegiyadan çıxarılan vəkillərdən danışdı

  • By admin
  • 22 Sentyabr 2016 15:36

azer

BMT-nin İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəsini  təqdim edərkən, Azərbaycanda vəkillərin təzyiqlərə məruz qalması, onların Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından danışıb. Gununsesi.info-nun xəbərinə görə, Mişel Forst bildirib ki, müstəqil və cəsarətli vəkillərə qarşı təqiblər dayandırmalıdır6 “Bir müddət öncə vətəndaş cəmiyyəti qurumlarına qarşı başlanan cinayət işlərində QHT fəallarını müdafiə edən vəkillər də istintaqa cəlb olundu. Mən Yalçın İmanovun adını çəkə bilərəm. bu şəxs sonradan müdafiə etdiyi işdən kənarlaşdırıldı. çünki, o şahid qismində istintaqa cəlb olunmuşdu. Mən həmçinin, Azərbaycan hökumətini Əlayif Həsənovu, Aslan İsmayılovu, Xalid Bağırovu, Müzəffər Baxışovu  vəkillik fəaliyyətlərini davam etdirməsinə imkan yaratmağa çağırıram. Bu şəxslərə qarşı atılan addımlar Vəkillər Kollegiyasının özünün legitimliyinə şübhə yaradır”.

Gununsesi.info

aslan

muz

xal

el