
Sentyabrın 26-da keçiriləcək referendumu izləmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasından 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Bunu Günunsesi.info-ya MSK İctmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, hələ də bir sıra xarici ölkələrin parlamentariləri, beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək referendumu izləmək üçün müraciət edirlər. “Ancaq indiyədək 117 beynəlxalq müşahidəçi rəsmi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilər əsasən Avropa Şurası Parlament Asableyasından, MDB Parlament Assambleyasından, TürkPA-da və müxtəlif ölkə parlamentarilərindən və MSK-lardandır”- deyə, Ş.Əsədli bildirib.
Ş.Əsədlibu sayın artacağını istisna etmədi.
Yerli müşahidəçilərə gəldikdə isə 50100 nəfərdək yerli müşahidəçi MSK və Dairə Seçki komissiyalarından qeydiyyatdan keçib.
Qeyd edək ki, AŞPA referendumu izləmək üçn 7 nəfərdən ibarət nümayəndə göndərəcəyini açıqlayıb.
Gununsesi.info










