BMT İdarə Heyəti rus əsgərlərinin Moldovadan çıxarılması barədə qətnamə qəbul edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, qərara Kanada, Gürcüstan, Rumıniya, Estoniya kimi ölkələr dəstək verib. Ümumilikdə 64 ölkə bu təklifə “Hə”, 14 ölkə “Yox” cavabını verib, 83 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, Moldova ilə Ukrayna arasında Transnistriya adlı sosialist respublika mövcuddur. Ərazi öz müstəqilliyini təktərəfli şəkildə elan edib. Rusiya 1992-ci ildən bəri separatçı dövlətdə barış korpusu saxlayır.
BMT-nin heç bir ölkəsi tərəfindən müstəqilliyi tanınmayan Transnistriyanı dövlət kimi sadəcə Cənubi Osetiya və Abxaziya Respublikası tanıyır.