BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

  • By admin
  • 06 Mart 2022 15:39

Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən martın 4-dək Ukraynada 350-dən çox dinc sakin həlak olub, daha 707 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, ölənlər 28-i uşaqdır.

Yerli sakinlər əsasən Rusiya ordusu tərəfindən atılan partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri nəticəsində vəfat edib.

Gununsesi.info