“Boko Haram” dəhşət saçır - TERRORÇULAR 17 YAŞADƏK 22 QIZI ZORLAYIB

  • Müəllif: admin
  • 01 Aprel 2017 08:10

Boko-Haram

Nigeriyada “Boko Haram”  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, radikal islam sektanın silahlıları martın 30-da ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb.

Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar.

2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanmışdı.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

Gununsesi.info