Bol su üçün

  • By admin
  • 03 Oktyabr 2016 18:01

su

Çox işlədiyimizdə və xroniki yorğunluq zamanı su içməklə yorğunluğu aradan götürə bilərsiniz.

Gununsesi.info bu haqda bilgiləri diqqətinizə çatdırır.

Belə ki,  bədənimizin çoxunun sudan ibarət olduğunu fikirləşəndə susuz qalan bədənin eyni formada işləmək üçün çox enerji sərf etdiyini anlamaq o qədər də çətin deyil. Çox enerji sərf edən bədən tez də yorularaq əldən düşür.

Əgər özünüzü yorğun hiss edirsinizsə bunun səbəbi bədəninizin susuz qalmış olması ola bilər. Su içərək enerji toplayın. Gün ərzində sağlam bir insanın hər kəsin bildiyi kimi ən az 2,5 – 3 litr su içməsi lazımdır.

Su içməyən sağlam bir insanın bədəni halsızlıq, yorğunluq, bağırsaq tənbəlliyi və əzələ spazmı ilə qarşılaşa bilər. Su gündəlik enerjinizə birbaşa təsir edir.

Özünüzü daha enerjili, xoşbəxt, müsbət və hərəkətli hiss etmək istəyirsinizsə bol-bol su içməlisiniz. Ayrıca su içmənin kilo vermənizdə də nə qədər böyük rol oynadığını deməyimizə ehtiyac yoxdur!

Su içərək bağırsaqlarınızı işlədər və maddələr mübadiləsinizi sürətləndirə bilərsiniz. Bununla birlikdə də kilo verməniz asanlaşar, həzmsizlik problemlərinizi minimuma çatdırmış olarsınız.

Gündəlik su qəbullunu hesablayarkən içdiyiniz qəhvəni, çayı və digər maye içkilərini bu hesabın içinə qatmayın. Çünki suyun təsirini bu içkilərdən heç biri verməz.Lakin su içərkən bu səhvi etməyin

Edilən ən çox səhvlərdən biri də su içmək üçün susamağı gözləməkdir. Gözləmək yerinə özünüzə aid bir litrlik bir şüşə olsun və gündə iki şüşə suyu içib qurtarmağı vərdiş halına gətirməlisiniz.

Bunu vərdişə çevirdiyinizdə siz fərqində olmadan əliniz su şüşəsinə gedəcək onsuz da. Su içərək yorğunluğa əlvida deyə bilərsiniz. Yayın tər ilə itirdiyiniz bədən suyunuzu bol su içərək normal səviyyəyə gətirsəniz özünüzü çox yaxşı hiss edərsiniz.

Eyni zamanda susuzluq baş ağrısına da yol açar. Bu kimi narahatlıqlara da su içərək mane ola bilər və sağlamlığınızı sadə və gözəl bir yolla qorumanın dincliyini doyunca yaşaya bilərsiniz.

Gülnaz Qənbərli

Gununsesi.info