
SOCAR sentyabr ayında Novorossiysk limanından 169 min 279 ton, Supsa limanından 274 min 705 ton, Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edib.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 min 48 ton, Supsa limanından 1 milyon 853 min 627 ton, Ceyhan limanından 12 milyon 322 min 470 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Anar
Gununsesi.info








