Bolivyanın cənub-qərbində yerləşən və ölkənin ikinci ən böyük Poopo gölünün quruduğu idda edilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 56 ildə Boliviyada istilər 2 dərəcə artıb.
Belə ki, Poopo gölünün qurmasına səbəb havaların isti keçməsi, yağışın az yağması, ərazidə əkinçilik və mədənçilik sektorunun artması, eləcə də tullantı sularının təkrarən gölə axıdılması göstərilir.
Bolivya prezidenti Evo Morales Poopo gölünün indiki vəziyyəti ilə bağlı “Twitter” sosial şəbəkəsində belə yazıb:
“Gölün həm şərqində, həm də qərbində su qalmayıb, quruyub. Şimalda isə çox az miqdarda su qalsa da, artıq o da qurumaq üzrədir”.
Mütəxəssislər qeyd ediblər ki, quraqlıq səbəbiylə göldəki quşlar, balıqlar, eləcə də sürünənlərlə birlikdə təxminən 200-ə yaxın bitki növü yox olub. Həmçinin, quraqlıq səbəbiylə balıqçılıqla dolanan 350 ailə bölgəni tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Poopo duzlu göl olaraq Boliviya ərazisində Oruro şəhərindən 130 km cənubda yerləşir. Göl dəniz səviyyəsindəm 3686 m hündürlükdə yerləşir.
Anar
Gununsesi.info