Boris Consonun “Brexit”lə bağlı təklifi qəbul olunmayacaq - AVROPA PARLAMENTİ

  • By admin
  • 03 Oktyabr 2019 21:53

Böyük Britaniyanın Avropa İttifaqından çıxması şərtlərinə dair razılığın əldə olunması barədə baş nazir Boris Consonun təklifi Avropa Parlamenti tərəfindən qəbul olunmayacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə Avropa Parlamentinin “Brexit”ə dair təmas qrupunun bugünkü açıqlamasında bildirilir.

“Təmas qrupunun qənaətincə, Böyük Britaniya hökumətinin 2 oktyabr tarixli son təklifləri hazırkı şəkildə Avropa Parlamentinin təsdiqləyə biləcəyi razılaşma üçün əsas ola bilməz. Bu təkliflər “backstop” rejiminin aradan qaldırıldığı təqdirdə, həll edilməsi zəruri olan gerçək məsələləri əhatə etmir”, – açıqlamada göstərilir.

Xatırladaq ki, “backstop” rejimi Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında İrlandiya adasındakı quru sərhəddə “Brexit” sonrası müəyyən dövr ərzində şəffaflığı təmin etmək məqsədilə düşünülən plandır.

Gununsesi.org