Rusiya Azərbaycanda AES tikməyi təklif edir

  • By admin
  • 03 Oktyabr 2019 21:39

Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edir.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçyov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin görüşünün nəticəsinə uyğun olaraq deyib.

“AES bizim azərbaycanlı tərəfdaşımızın seçdiyi kimi olacaq. Biz güclü stansiya təklif edirik”, – Lixaçyov deyib.

“Azərbaycanın xüsusiliyi təlabatın ciddi artmasındadır.2018-ci ildə azərbaycanlılar elektrik enerjisinin istifadəsi və generasiyasını, demək olar ki, 14 faiz artırıb. Bu lap çoxdur”, – Lixaçyov əlavə edib.

 

 

Gununsesi.org