Türkiyədə elektron siqaretlər qadağan ediləcək

  • By admin
  • 03 Oktyabr 2019 21:29

Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətindədir.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

“Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanun üzərində çalışırıq”, – mənbə nazirin sözlərini sitat gətirir.

Qoca əlavə edib ki, məsələyə ölkə parlamentində baxılacaq.

 

 

Gununsesi.org