Boris Consonun koronavirusla bağlı məktubları satışa çıxarıldı

  • By admin
  • 10 May 2020 10:20

Britaniyanın baş naziri Boris Consonun martın sonunda koronavirusa görə evdə qalmaqla bağlı hər ailəyə göndərilmiş məktubları satış üçün internetə çıxarılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Nəşrin məlumatına görə, “eBay” saytında baş nazirin yüzdən çox məktubunu almaq olar. Qiymət 5 funtdan 1 000 funta qədər dəyişir.

Qeyd edək ki, Boris Conson məktublarında britaniyalılardan evdə qalmağı və ictimai yerlərdə sosial məsafə saxlamağı xahiş edirdi.

Boris Conson özü də koronavirusa yoluxub. O, aprelin 6-da xəstəxanaya yerləşdirilib.

Britaniyada koronavirusa 215 min nəfər yoluxub, 31 min insan COVID-19-un qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org