Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir

  • By admin
  • 07 Dekabr 2017 16:34

Dekabrın 14-15-də Böyük Britaniyanın ticarət naziri Baronessa Rona Feyrhed Azərbaycanda səfərdə olacaq.

Böyük Britaniyanın Bakıdakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcək.

Xanım Rona Feyrhed Birgə Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədridir. Azərbaycan tərəfindən isə Birgə Hökumətlərarası Komissiyaya iqtisadiyyat naziri Şahin Mustafayevin həmsədrlik edir.

Gununsesi.info