Tramp zorla Tehranı müharibəyə sövq edir - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 07 Dekabr 2017 16:28

ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan etməsi nəinki Yaxın Şərqdə, eyni zamanda qlobal anlamda  sülhə və təhlükəsizliyə ciddi təhdid yaradacaq. Baxmayaraq ki, Trampın bu hərəkəti yəhudi lobbisinin “pir” qələbəsi kimi təqdim edilsə də, bu qərar heç də bütövlükdə yəhudilər tərəfindən arzuolunan səviyyədə  qəbul edilmədi. İsrailli ekspertlər bu qərarın yəhudilərə və İsrail dövlətinə ciddi problemlər yaradacağını açıqca dilə gətirirlər. Çünki bu qərar təkcə İsraili əhatə edən İslam ölkələrinin təpkisi ilə deyil, eyni zamanda bölgədə marağı olan Avropanın da ciddi etirazına yol açıb. 

Məsələ ilə bağlı Avropa İttifaqı öz kəskin etirazını ortaya qoydu. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəhbəri Federika Moqerni və Almaniya XİN başçısı Ziqmar Qabriel Trampı belə bir qərar qəbul etməkdən çəkinən çağırış etsə də, nəticəsi olmadı.

Trampın Qüdsün rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının əsasən bir neçə səbəbinin olduğu göstərmək olar.

Birincisi, Tramp bu qərarı ilə  “icraatçı dövlət başçısı” olduğunu sübut etməyə çalışır. Çünki  1995-ci ildə Konqresin ABŞ-ın İsraildəki səfirliyininin  Təl-Əvivdən Qüdsə köçürülməsi barədə  qərarı olsa da,  heç bir  dövlət başçısı bu qərarı yerinə yetirmək istəmirdi. Lakin  Tramp 22 ildən sonra Konqresin belə bir qərarını  yerinə yetirməklə özünün  ölkənin milli maraqları və təhlükəsizliyi ilə bağlı qəbul olunan qərarların   tərəddüdsüz icraatçısı olduğunu sübut etməyə çalışır.

İkincisi,   respublikaçı  seçicilərə öz seçiöncəsi ABŞ maraqlarının təminatçısı kimi göstərməyə çalışır.Ancaq respublikaçılarda da bu məsələdə  ciddi fikir ayrılığı mövcuddur.  Əslində Tramp bununla seçkiöncəsi ona  dəstək verən və prezident seçilməsində müstəsna rol oynayan yəhudi lobbisinin istəklərini  həyata keçirməklə vədinə əməl etdiyni sübuta yetrimiş oldu.

Üçüncüsü,  Tramp bu qərarı ilə İsrail-Fələstin münaqişəsinin həllində sülhə nail olmaq üçün  Fələstinə təzyiq anlamı kimi qəbul edilir. Bununla da Tramp  İsrail-Fələstin münaqişəsini çözən bir prezident kimi  tarixə düşmək istəyir.

Ən nəhayət Tramp bu qərarı ilə təmsil etdiyi ölkənin dünya ağası olduğunu  beynəlxalq aləmə nümayiş etdirmək istəyir. Yəni  beynəlxalq aləmin rəyini nəzərə almadan istəyimi edə bilərəm.

Lakin Trampın    bu qərarının arxasında  Yaxın Şərqdə baş verən proseslərə və bölgə uğrunda gedən savaşlarla bağlı digər məqamlar da mövcuddur.

Bunun birincisi, ondan ibarətdir ki, Tramp bu  yola əl atmaqla Tehranı təxribata çəkməklə,  hərbi toqquşmaya cəlb etməklə bu ölkə ilə bağlı planlarını reallaşdırmaq istəyir.  Trampın İrana qarşı mövqeyi bəllidir və   hələ bu mövqeyini seçkiöncəsi açıqlamışdı. Belə ki, o hələ seçkiöncəsi  İranın nüvə proqramı ilə bağlanmış  sazişi düzgün qəarar hesab etməyərk, bunun ləğv olunmasını dilə gətirirdi. Tramp  prezident  seçildikdən sonra da bu xətt onun xarici siyasətinin əsas prioritetlərindən biri olmaqda davam etdi. Tramp Ağ Evin müttəfiqlərini, xüsusən də Avropa ittifaqına üzv olan ölkələri İranla imzalana  sazişin qüvvədən düşməsi istiqamətində səy göstərsə də, bu istəyinə nail ola bilmədi. Yalnız İsrail , Səudiyyə Ərəbistanı,  Bəhreyn, Misir  Trampın bu qərarını dəstəklədi.

Bu yolla istəyinə nail ola bilməyən  Tramp  başqa yollara əl atmaq zorunda qaldı. Çünki tramp yaxşı anlayır ki,  İranın nüvə proqramı ilə bağlı imzalanan  sazişindən sorna  Tehranın regional güc olaraq qarşısını almaq  mümkün olmayacaq.  Son illərdə  Yaxın Şərqdə, xüsusən də İraq, Suriya, Yəmən, Fələstin, Livanda,  Körfəz ölkələrində  baş verən  proseslərdə  İranın   oynadığı rol və fəaliyyət  bunun bariz göstəricisidir. Ona görə ki, ABŞ istəyindən asılı olmayaraq  İraq və Suriyada  İranla əməkdaşlıq etmək gücündə qaldı.

Odur ki, Tramp Səudiyyə Ərəbistanı başda olmaqla İrana qarşı bir koalisiya  formalaşdırmağa başladə  Tramp  bu taktika ilə Tehranı təxribata çəkib  İrana qarşı sanksiyaları  tətəbiq etmək planını reallaşdımağıqarşısına hədəf qoyub. elə son bir neçə ay ərzində Yaxın Şərqdə baş verən hadisələr diqqət yetirmək kifayətdir. Birincisi,İraqın şimalında  kürdlərin referendum keçirməplanı,  Səudiyə ərəbistanı ilə İran arasında helikopter təxribatı, səudiyyəli rəsmilərin İranın Ali  dini  lideri   Seyyid Əli Xaməneyi haqqında səsləndirdikləri bəyanatlar,  Suriyada  İrana məxsus  təyyarənin və bazanın vurulması, Yəməndə İranın diplomatik korpusunun  partladılması və ardınca bu ölkənin sabiq prezidenti Salehinin Husilər tərəfindən  öldürülməsi,  Yəmən paytaxtı Huslilərin nəzarətinə keçməs,  Livanda baş verən olaylar, baş nazir Həririnin istefası, İrana bağlı “Hizbullah” təşkilatı ətrafında planlaşdırılan oyunlar, ABŞ-ın Yaxın Şərqdə rusiya ilə anlaşmaya getməsi və sonuncu Qüds qərarı  bu dediklərimizə sübutdur.  İran da  Tramp və İsrailin planlarından xəbərdar olduğunun çox ehtiyatlı davranır.  Tehranın  ehtiyatlılığını  Trampın Qüds qərarında da açıq-aydın hiss etmək olar. Ona görə də  belə hesab etmək olar ki, İran Trampın xarici siyasətinin ən əsas prioritet məsələlərdindən biri olmaqda davam edir. O baxımdan da Tramp istər  İranı Yaxın Şərqdən sıxışdırılmasında, istəsə də nüvəproqramə ilə bağlı sazişin qüvvədən düşməsi, istərsə Tehranı yeni sanksiyalarla boğmaq istiqamətindəki planlarını hər vasitə ilə həyata keirməyə çalışır. Bununla da  Tramp İrana təzyiq edərək onun ətrafında çəmbəri daratlmağa çalışır. Tramp bu istəyinə nailolacaq, olmaycaq bunu zaman göstərəcək.   Çünki Trampın bu siyasətinin nə dərəcədə effektli olacağı təkcə Ağ Evin istəyindən asılı deyil.

İrana gəldikdə isə onu demək ola rki, rəsmi Tehranın xarici siyasətində  bir neçə əsas prioritet məsələ varsa, ən birincisi  Qüds məsələsi olub. Lakin Trampın qərarından sonra biz Tehranda  elə də ciddi can-fəşanlıq hiss etmirik. Baxmayaraq ki, Qüds məsələsində   islam dünyasında  yenə də daha ciddi fəallıq nümayiş etdirən Türkiyədir. Və məsələyə ən kəskin reaksiya verən ölkədə məhz Türkiyədir.

Görünən odur ki,Tehran tələsik sinəsini qabağa verib yandırmaq istəmir, əksinə çox ehtiyatlı mövqe sərgiləməklə lazımı məqamı gözləyir. Çünki Trampın Qüds qərarından sonra ciddi əks proseslərin baş verəcəyini düşünür. Bax, o zaman Tehran aktiv fəaliyyətə keçməyi planlaşdırır. Tehran indiki halda sadəcə vəziyyəti dəyərləndirmək və gələcək addmlarını və taktikasını müəyyənləşdirməklə məşğuldur. Lakin Tehran yaranacaq vəziyyətdən necə bəhrələnəcək bu da elə asan olmayacaq. Belə ki, İranın gücünü zəiflətmək və onun Yaxın Şərqdəki əsas aparıcı aktyor rolundan sıxışdırılıb çıxarılması istiqamətində çox geniş bir plan hazırlanıb. Və gələcəkdə İranı yeni təxribatlara cəlb etməklə müharibəyə cəlb edilməsi istiqamətdə yeni planların ortaya çıxacağı da istisna deyil və gözləniləndir.

Mürtəza Bünyadlı 

Gununsesi.info