
İqtisadi böhran səbəbiylə Braziliya hökuməti 4 hava limanın satışı ilə bağlı tender elan edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tenderdə iştirak edən Avropa şirkətləri 3,7 milyard Braziliya real müqabilində 4 hava limanın nağd şəkildə satın alıblar.
Belə ki, Fransanın “Vinci” qrupu Salvador aerodromunu 660 milyon dollara, İsveçrənin “Zurich” qrupu Florianopolis aerodromunu 83 milyonu dollara, Almaniyanın “Fraport” qrupu isə Fortaleza və Porto Alegre aerodromlarını 715 milyon dollara satın alıblar.
Qeyd edək ki, tenderləri qazanan şirkətlər iyuldan etibarən 6 aylıq keçid müddətində sözügedən aerodromları rəhbərlikdən təhvil alacaqlar.
Anar
Gununsesi.info












