Brent markalı neftin qiyməti 2015-ci ilin iyulundan etibarən ilk dəfə 59 dolları ötüb – YENİLƏNİB

  • By admin
  • 25 Sentyabr 2017 23:06

neft yatagi
Dünya birjalarında neft bahalaşmaqdadır.

“APA-Economics” xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 4% artaraq 59,03 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, iyulun 13-dən etibarən ilk dəfə olaraq 59 dolları ötüb.

***

20:39

Dünya birjalarında neft bahalaşıb.

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,99% artaraq 51,67 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,5% artaraq 58,28 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti yanvarın 3-dən etibarən ilk dəfə olaraq 58 dolları ötüb.

 

Gununsesi.info