Brent markalı neftin qiymətində artım müşahidə olunur

  • Müəllif: admin
  • 12 Yanvar 2018 09:20

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,28% azalaraq 63,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,03% artaraq 69,28 dollar olub.

Qeyd edək ki, ötən gün ICE London qitələrarası birjasında 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara yüksəlib.

Gununsesi.info